Bərdədə yol qəzasında beş nəfər yaralanıb

Hadisə

18.10.2021 - 00:27

VAZ və Opel markalı minik avtomobilləri bir-birinə çırpılıb

Bərdədə baş verən yol qəzası nəticəsində 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdı.

AYNA-nın Trend-ə istinadən məlumatına görə, hadisə Bərdə rayonunun Mirzəxanlı kəndində baş verib. Yolla hərəkətdə olan VAZ və Opel markalı minik avtomobilləri bir-birinə çırpılıb. Faktla bağlı araşdırma işləri başlanıb.

Müəllif: Ayna.az