Belarusun yeni Baş Naziri Qolovçenko oldu

Dünya

04.06.2020 - 13:31

Lukaşenko sərəncam imzalayıb

 

Belarusun yeni Baş Naziri təyin olunub. AYNA xarici mediaya istinadən bildirir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonun Baş Nazir təyin olunması haqqında sərəncam imzalayıb.

 

Qeyd edək ki, Qolovçenko buna qədər Dövlət Hərbi-Sənaye Komitəsinin sədri olub.

 

Xatırladaq ki, Prezident A.Lukaşenko dünən Belarus hökumətini istefaya göndərib.

Müəllif: Ayna.az