Belarusda 32 xarici hərbçi saxlanılıb

Dünya

29.07.2020 - 14:40

Əməliyyatın təfərrüatları barədə məlumat verilmir

 

Belarusun hüquq mühafizə orqanlarının əməkdaşları Minsk yaxınlığında bir xarici özəl hərbi qurumun 32 hərbçisini saxlayıblar. AYNA xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

 

Xəbərdə qeyd olunub ki, əməliyyat gecə saatlarında aparılıb. Saxlanılanların hansı xarici hərbi quruma aid olduğu açıqlanmayıb. Ümumiyyətlə, əməliyyatın təfərrüatları barədə məlumat verilmir.

 

Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko bir neçə gün öncə bildirmişdi ki, 9 avqustda keçiriləcək prezident seçkilərindən əvvəl ölkədə inqilab etmək istəyən xarici qüvvələr var. “Xaricin “kuklalar”ı seçkilərə müdaxilə etmək istəyirlər”, - deyə Prezident bildirmişdi.

 

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. Seçki ilə bağlı keçirilən bütün sorğularda hazırkı Prezident Aleksandr Lukaşenkonun reytinqinin yüksək olduğu bildirilir. Onu da bildirək ki, prezidentliyə namizədliyini elan edən bloqqer Sergey Tixanovski və “Belgazprombank”ın keçmiş rəhbəri Viktor Babariko həbsdədir. Hazırda Lukaşenkonun əsas rəqibi S.Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya sayılır. 

Müəllif: Ayna.az