BDU-nun dosenti vəfat edib

Xəbərlər

20.07.2021 - 12:24

Tanınmış dilçi Yaşar Məmmədli 64 yaşında dünyasını dəyişib

 

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

 

BDU-dan AYNA-ya verilən məlumata görə, 64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

 

1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti idi.

Müəllif: Ayna.az