Bayramovla Lavrov Azərbaycan-Ermənistan sərhədində gərginliyi müzakirə edib

Siyasət

13.05.2021 - 22:20

Həkimlər Klinikalar SEO Xidməti

Hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulanıb

 

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.


Azərbaycan Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.


Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.


Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş