ABŞ prezidenti üçüncü vaksin dozası almaq niyyətindədir
“COVID-19 əleyhinə üçüncü vaksinasiya ölkənin bütün sakinləri üçün pulsuz və əlçatan olacaq”.
AYNA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib.
O qeyd edib ki, özü də mümkün qədər qısa müddətdə üçüncü vaksin dozası almaq niyyətindədir.
Prezident hazırda 60 milyon amerikalının peyvəndin üçüncü dozasını almaq hüququna malik olduğunu vurğulayıb. Üçüncü vaksinasiyadan, 65 və daha yuxarı yaşlı insanlar, həmçinin ciddi xəstəliklərdən əziyyət çəkən və ya ən azı altı ay əvvəl Pfizer / BioNTech istehsalı peyvəndi almış, iş vaxtı COVID-19-a yoluxma riski olan insanlar keçə biləcək.