FHN xilasetmə əməliyyatı barədə məlumat yayıb
Xəzərdə batma təhlükəsi ilə üzləşən 1 uşaq xilas edilib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şirvan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 uşaq xilas olunub.