“BakuBus”-ın özəlləşdirilməsi problemi həll etməyəcək – <font color=red> Daha dərin düşünmək lazımdır</font>

Cəmiyyət

15.04.2021 - 19:49

Həkimlər Klinikalar SEO Xidməti

“Özəl sərnişindaşıma şirkətlərində vəziyyət daha pisdir, əsas məqsəd maksimum qazanc əldə etməkdir”

 

Paytaxtda yerüstü ictimai nəqliyyatın fəaliyyəti illər boyu müxtəlif səbəblərdən tənqid olunur. Sərnişindaşıma şirkətlərində həll edilməsi lazım olan problemlər var. Və söhbət yalnız özəl şirkətlərdən deyil, həm də “BakuBus” MMC-dən gedir, baxmayaraq ki, əvvəllər ona böyük ümidlər bağlanmışdı.

 

“BakuBus” MMC-nin fəaliyyəti ilə bağlı problemləri aradan qaldırmaq üçün şirkət rəhbərliyinin idarəetməyə yanaşmasını dəyişdirməsi lazımdır. Bunu nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “ARB-24” telekanalında “İşgüzar” səhər proqramının efirində deyib.

 

Onun fikrincə, doğru qərar bu quruluşun özəlləşdirilməsi olacaq: “Şirkət əvvəlcə paytaxt İcra Hakimiyyəti, daha sonra Bakı Nəqliyyat Agentliyinin balansında idi və indi İnvestisiya Holdinqinin idarəçiliyinə verilib. Bunun səbəbi bir sıra dəlillərlə, məsələn, sürücü formasının 500 manatdan baha olması ilə təsdiqlənən effektiv idarəetmənin olmamasıdır”.

 

Hüseynovun sözlərinə görə, “BakuBus”-a ayrılan vəsait uzun müddətdir ki, özünü doğrultmur və bir müddət əvvəl bu qurum sürücülərə maaş verə və digər cari məsələləri həll edə bilmirdi: “Ancaq dövlətdən dotasiya alırdı. Bundan əlavə, avtobuslar da dövlət tərəfindən alınıb. Ayrılan vəsaitin sahibkarlara güzəştli kredit kimi verilməsi məqsədəuyğun olardı və onlar işləri qaydasına salardılar. Əlbəttə ki, “BakuBus”-ın kimə veriləcəyi seçimi düzgün edilsə”.

Gələn ilin büdcəsindən devalvasiya “qoxusu” gəlir, amma...” -

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində xatırladıb ki, “BakuBus” MMC dövlət müəssisəsi yaranmazdan əvvəl, metrodan savayı bütün şəhər nəqliyyatı şəxsi əllərdə idi: “Bir neçə şirkət eyni fəaliyyətlə məşğul olduqda, rəqabət olur və bu, müsbət məqamdır. Bəs 1990 və 2000-ci illərdə avtobuslarla bağlı problemlər yox idimi? Əlbəttə, var idi. Bu, o deməkdir ki, ilk növbədə şəhər nəqliyyatının idarə olunması məsələsini həll etmək lazımdır. Bundan sonra dövlət və özəl şirkətlər arasında müxtəlif qarşılıqlı əlaqə sxemləri müzakirə edilə bilər”.

 

“Quru nəqliyyatının istismarı ilə bağlı problemlər mərkəzləşdirilmiş idarəetmənin olmaması ilə əlaqələndirilir. Əksər ölkələrdə nəqliyyat xalq tərəfindən seçilən bir bələdiyyə - meriya tərəfindən idarə olunur və bu qurum vətəndaşları qarşısında bir məsuliyyət daşıyır. Bizdə hər şey fərqlidir. Bakıda müxtəlif qurumlar quru nəqliyyatına nəzarət edir və ya təsir göstərə bilər - Nəqliyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, icra hakimiyyəti və sair”, - deyə ekspert bildirib.

 

Özəlləşdirmə məsələsinə gəldikdə, Cəfərli liberal iqtisadiyyatın tərəfdarı olduğunu deyib: “İnanıram ki, dövlət ona yük olanı, çiyinlərindən atmalıdır. Ancaq “BakuBus”-ın texniki bazası büdcə hesabına formalaşmışdı, dövlət hesabına avtobuslar alınmışdı. Dövlət bu şirkətə böyük vəsait qoyub. Bu vəsaitləri nəzərə alaraq, onu xarici və ya yerli bir şirkətə satmaq mümkündürmü? Məncə, yox! Bir daha təkrar edirəm ki, əvvəlcə idarəetmə məsələsini həll etməliyik, sonra dövlətlə özəl şirkət arasında uzunmüddətli icarə müqaviləsi çərçivəsində “BakuBus”-ı şəxsi əllərə verə bilərik. Ancaq bunun üçün, bu investorları qorumaq üçün qanunlar lazımdır”.

 

İqtisadçı bir məqama da toxunub: “Nəqliyyat tariflərimiz dövlət tərəfindən tənzimlənir. Hökumət özəl şirkətlərə gedişhaqqını necə diktə edəcək? Dövlət tərəfindən vergi güzəştlərinin olacağı və müqavilədə özəl şirkətlərin gediş haqqı qiymətlərini özbaşına qaldıra bilməyəcəyinə dair bir bəndin yer aldığı mexanizmlərə ehtiyac duyulacaq. Gedişhaqqının kartlarla ödəniş məsələsini də həll etmək lazımdır. Bütün dünyada tələbələr üçün bir qiymət var, bir aylıq gediş kartları alanlar üçün bir qiymət, bir il üçün kart alanlara isə başqa, daha sərfəli qiymət. Ölkəmizdə və xüsusən də Bakıda belə bir sistem mövcud deyil. Bu, kompleks bir məsələdir və yalnız özəlləşdirmə problemləri həll edə bilməz”.

Azərbaycanlılar varlanmamışlar, lakin Yeni ili evdə qeyd etmək  iqtidarındadırlar | Dalma News

Öz növbəsində Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya açıqlamasında İstanbulun ictimai nəqliyyatını idarə olunması təcrübəsinə diqqət çəkib: “Onu nümunə götürmək mümkündür. Bu şəhərdə bələdiyyə avtobusları var və sərfəlidir. Ölkəmizdə problem ictimai nəqliyyat sahəsindəki zəif idarəetmə və bir sıra digər mənfi amillərdir. Pandemiya dövründə biz artıq üç dəfə avtobus marşrutlarını dəyişdirmişik, bu, insanlarla məzələnməkdir. Qəbul edilən bütün məsələlər sərnişinlərin əleyhinə işləyir. Bir marşrut təklif edildikdə ictimai rəyi öyrənməlisiniz”.

 

“BakuBus”-ın mümkün özəlləşdirilməsindən danışan mütəxəssis biznesmenin əvvəlcə yatırılan vəsaiti geri qaytarmalı olduğunu söyləyib: “Bundan əlavə, avtobuslar bir neçə il əvvəl Bakıya gətirilmişdi və tezliklə onların təmirinə ehtiyac yaranacaq və bu da israfdır. Bütün bunlar gediş xərclərinin artırılması məsələsini gündəmə gətirəcək. Bunun qarşısını yalnız, onlar üçün ən əlverişli şərtlərlə xüsusi mülkiyyətçilərə verildiyi təqdirdə almaq olar”.

 

“Özəlləşdirmə dövlətin əmlakı idarə edə bilməməsinin tanınmasıdır. Ancaq dövlət balansında olanları səmərəli idarə etməyi bacarmalıdır. Özünü problemdən aralamaq problemi həll edə bilməz. Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatın normal fəaliyyətini təşkil etməli və vəzifələrindən kənar dayanmamlıdır. Tez-tez bu və ya digər strukturun işinin canlanması və ya yaxşılaşdırılması üçün bütün ümidlər özəlləşdirmə ilə əlaqələndirilir. Ancaq tez-tez nə olur: bu və ya digər məmur dolayı yolla müəyyən bir qurumu məhv edir, zərərli hala salır, bundan sonra özəlləşdirilir”.

 

“BakuBus”-n özəlləşdirilməsi ehtimalına qayıdan Ağayev hesab edir ki, indiki halda bu, vəziyyəti yaxşılaşdırmaq əvəzinə pisləşdirə bilər: “İndi “BakuBus” heç olmasa avtobusların təmizliyinə və sürücülərin səliqəsinə nəzarət edir. Xüsusi nəqliyyat şirkətlərində bununla bağlı vəziyyət daha pisdir, əsas şey maksimum qazanc əldə etməkdir. Sürücü gündə müəyyən miqdarda pul toplamalıdır, bir miqdar dispetçerlərə, dayanacaqlarda adam çağıranlara ödənilir, yəni bu, bütöv bir sistemdir”.

 

“İstək olarsa, özəl avtobus şirkətlərinin işində işləri qaydasına salmaq çətin deyil. Qanun pozuntuları halında əvvəl xəbərdarlıq, sonra inzibati cəza, sonra müəyyən şəxslərin işdən çıxarılması və ya şirkətin lisenziyasının ləğvini tətbiq etmək olar. Avtobus sürücülərinə də ciddi nəzarət lazımdır, lakin eyni zamanda onlara layiqli maaş verilməlidir, çünki onlarla sərnişinin həyatı onlardan asılıdır”, - deyə həmsöhbətimiz vurğulayıb.

Müəllif: Elya Belskaya

Pin up casino Pin-up casino giriş