Bakının mərkəzi küçəsində yeni işıqforlar quraşdırılıb

Xəbərlər

18.05.2021 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

Koroğlu Rəhimov küçəsində təhlükəsizlik tədbirləri görülüb

 

Bakının Koroğlu Rəhimov küçəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik tədbirləri görülüb. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Məlumatda qeyd olunub ki, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində işıqfor obyektləri quraşdırılıb.

 

Nəticədə nizamlanan eynisəviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə təhsil alan tələbələrin, o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb. Həmçinin piyadaların və nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş