İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb
Bakının Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar mayın 27-də səhər saatlarından axşamadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə AYNA.AZ-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
"Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək", - ADSEA bildirir.