Bakıdan uçan təyyarə məcburi eniş edib

Xəbərlər

21.02.2020 - 12:52

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək

 

Bakı-Alanya marşrutu üzrə uçan sərnişin təyyarəsi Ankarada məcburi eniş edib. AYNA xəbər verir ki, bu barədə "Buta Airways" aviaşirkətinin açıqlamasında bildirilib.

 

Qeyd olunub ki, Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

 

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş