“Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib”

Xəbərlər

09.08.2022 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Bu oyunlar həm idman yarışıdır, həm də müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən bir amildir”

“Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir. Komanda hesabında birinci olmuşdur”.

AYNA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

“Eyni zamanda, Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu oyunlar həm idman yarışıdır, həm də müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən bir amildir”, - dövlət başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş