Bakıdakı müəllimlərin orta aylıq əməkhaqqı 702 manat təşkil edib

Xəbərlər

09.06.2021 - 14:44

Paytaxtda 456 min 76 şagirdin təlim-tərbiyəsi ilə 28 min 167 müəllim məşğul olur

 

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 702 manat təşkil edir. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

 

Bildirilib ki, bu dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 min 76 şagirdin təlim-tərbiyəsi ilə 28 min 167 müəllim məşğul olur.

Müəllif: Ayna.az