Bakıda zibil qutusundan tapılan körpə tibb müəssisəsinə yerləşdirilib

Xəbərlər

18.07.2023 - 11:09

cedabet dərman SEO Xidməti

Körpənin anası müəyyənləşdirilib və polis şöbəsinə gətirilib

Bakının Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

AYNA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.

Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş