Bakıda yaşayış binasında yanğın - <font color=red> Sakinlər təxliyyə edildi</font>

Hadisə

23.07.2021 - 07:51

Yüksək temperaturdan bir ədəd qaz sayğacı əriyib

 

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb.

 

AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, yüksək temperaturdan bir ədəd qaz sayğacı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar