Körpə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib
Bakının Sabunçu rayonunda 10 yaşlı uşaq ağır xəsarət alıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
Sülh küçəsi 5 ünvanında 2010-cu il təvəllüdlü Balayev Ayxan Rauf oğlu valideyn nəzarətindən kənar qalaraq binanın dördüncü mərtəbəsindən yerə düşüb. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.