Bakıda qumbara ilə özünü partladan şəxsin kimliyi bilindi

Hadisə

27.07.2021 - 17:41

İntihar edən şəxs narkotikin qaçaqmalçılığı ilə məhkum olunmuş Müseyib Ələsgərovdur

 

Bakıda “Maşın bazarı”nın yanında qumbara ilə özünü partladan şəxs haqqında xəbər vermişdik. Həmin vətəndaşın kimliyi bilinib. AYNA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs əvvəllər narkotikin qeyri-qanuni dövrəyyəsi və qaçaqmalçılıqla məhkum olunmuş Müseyib Ələsgərovdur.

 

Qeyd edək ki, M.Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.

Müəllif: Ayna.az