Bakıda qəza: avtobus betonqarışdıran maşınla toqquşub

Hadisə

29.01.2021 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

 

Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Məlumata görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.

 

Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

 

Yerli mətbuatın məlumatına görə, hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, qəzada üç nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bir nəfər isə tibbi yardımdan imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş