Bakıda parkdan oğurluq edilib

Xəbərlər

07.08.2026 - 23:59

Fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb

Bakının Binəqədi rayonunda fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş