Bakıda özünü dənizə atan şəxs xilas edilib

Xəbərlər

12.02.2021 - 16:07

Xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

 

FHN-dən AYNA-ya bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az