Bakıda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb - VİDEO

Xəbərlər

12.05.2025 - 20:33

Həkimlər Klinikalar SEO Xidməti

Rəşad Məcidov İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu deyib

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb.

AYNA.AZ DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Bakıda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş