Müəllimlərin orta aylıq maaşı 778 manat olub
Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, açıqlanan statistika idarənin tabeliyindəki orta məktəblərə aiddir. Göstəricilər 2021-2022-ci tədris ilini əhatə edir.