Bakıda mənzildə kişi meyiti tapılıb

Xəbərlər

25.07.2021 - 18:53

1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

 

Bakıda mənzildən kişi meyiti aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Ağayev Elşən Həmzəxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az