Hadisə yerinə və meyitə baxış keçirilib, digər istintaq hərəkətləri yerinə yetirilib
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib. Bu barədə AYNA-ya Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlunun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, E.Əlizadə Nərimanov RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.