Bakıda “Makarov”la gəzən şəxs saxlanılıb

Xəbərlər

06.05.2020 - 11:54

cedabet dərman SEO Xidməti

Əvvəllər dəfələrlə məhkum olunmuş Nardaran sakini tutulub

 

Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev tutulub. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus 5 patron və daraq aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramin Nuriyevin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş