Bakıda liseyə Lütfi Zadənin adı verilib

Xəbərlər

30.06.2021 - 11:39

Baş nazir Əli Əsədov qərar imzalayıb

 

Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.  AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adı verilib.

 

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Müəllif: Ayna.az