Bakıda karantini pozan kafe sahibi saxlanılıb

Hadisə

25.07.2020 - 19:17

Həkimlər Klinikalar SEO Xidməti

Obyektin sahibi Elmin Məmmədov və müştərilər cəzalandırılıb 

 

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Sabunçu Rayon Polis İdarəsi (RPİ) və 13-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan”  kafesinin işlədiyi məlum olub.

 

Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib.

 

Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 13-cü Polis Bölməsinə gətiriliblər.

 

Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanılan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş