Dəyən ziyanın məbləği 2500 manatdan çoxdur
APA İnformasiya Agentliyinin müxbiri Ramiz Mikayıloğlunun Bakıdakı yarımtikili evindən oğurluq olub. AYNA xəbər verir ki, hadisə iyulun 27-də baş verib.
Həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb. Ümumilikdə dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.
Faktla bağlı Binəqəd Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.