Bakıda işıqfor dirəkləri oğurlanıb

Xəbərlər

25.07.2022 - 15:52

cedabet dərman SEO Xidməti

Üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı sakini saxlanılıb

Bakının Buzovna qəsəbəsində anbardan işıqfor dirəkləri oğurlanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən “Avtopark” MMC-nin anbarından üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş