Taisiya Qordeyeva demensiyadan əziyyət çəkir
1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini Taisiya Qordeyeva itkin düşüb.
AYNA.AZ xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq itib.
Qadın demensiyadan əziyyət çəkir. Çox guman ki, o, Bakı ətrafında məqsədsiz dolaşır.
Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.