Bakıda gənc qız özünü dənizə atıb

Xəbərlər

24.07.2021 - 18:19

Nigar Məmmədovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər

 

Bakıda 20 yaşlı qız intihar edib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Müəllif: Ayna.az