Bakıda ekspress avtobuslarla bağlı xüsusi qərar verilib

Xəbərlər

24.02.2021 - 11:22

Sürücülərə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib

 

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

 

AYNA-nın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Qeyd edilib ki, Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş