Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: <font color=red> sakinlər təxliyə edilib</font>

Hadisə

19.11.2020 - 09:29

Yanğın zamanı 4 nəfər xilas olunub 

 

Bakıda yanğın hadisəsi baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az