Bakıda bir nəfər liftdə köməksiz qalıb

Hadisə

31.01.2021 - 17:58

Vətəndaş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən liftdən çıxarılıb

 

Yasamal rayonunda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən bir nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az