Bakıda avtomobilin vurduğu kişi komaya düşüb

Hadisə

20.10.2021 - 05:24

Qəza metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. AYNA APA-ya istinadən xəbər verir ki, qəza metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib.

Belə ki, 41 yaşlı Əli Əliyev yolu keçərkən onu avtomobil vurub. Yaralı komatoz vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ayna.az