Bakıda avtomobildən gənc qız meyiti tapılıb

Hadisə

08.12.2019 - 17:55

Qızın meyiti aidiyyəti üzrə təhvil verilib

 

Fövqəladə Hallar Nazirliyin 112 "qaynar xətt"inə paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az