Bakıda 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilir

Cəmiyyət

08.07.2021 - 18:07

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb

 

Sabahdan bakıda 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.

 

AYNA bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

 

Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilmişdir.

 

Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.

Müəllif: Ayna.az