Bakıda 13 küçədə avtomobillərin hərəkəti qadağan ediləcək - <font color=red> RƏSMİ</font>

Xəbərlər

17.05.2021 - 12:37

Həkimlər Klinikalar SEO Xidməti

8 küçədə isə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

 

Şagirdlərin təhlükəsizliyi məqsədilə 2020-ci ildə 22 orta məktəbin ətrafında təhlükəsiz piyada hərəkəti istiqamətində tədbirlər həyata keçirilib. AYNA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

O bildirib ki, nəticədə 35 mindən çox şagird-tələbə və təhsil işçilərinin təhlükəsizliyi təmin olunub: “Eləcə də, mobillik imkanlarının artırılması məqsədilə şəhərin mərkəzi hissəsində (Xaqani bağının ətrafında) 8 küçədə qismən, 13 küçədə isə tamamilə nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi ilə piyada zonalarının yaradılması layihəsi hazırlanıb və aidiyyəti qurumlar ilə razılaşdırılıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş