Bakı-Sumqayıt yolunun “karantini” nə vaxt bitəcək – <font color=red> AAYDA</font>

Cəmiyyət

07.05.2020 - 19:50

Həkimlər Klinikalar SEO Xidməti

Anar Nəcəfli: “Proses planlaşdırdığımız müddətdən daha tez başa çata bilər”

 

“Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində işlər davam edir və əvvəldən planlaşdırıldığı kimi işlər may ayınının sonuna qədər yekunlaşdırılacaq”.

 

Bunu AYNA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O, prosesin daha tez başa çata biləcəyini də istisna etməyib.

 

“Planlaşdırdığımız kimi, may ayının sonuna qədər Bakı-Sumqayıt yolunun birinci mərhələsinin təmir-bərpa işlərini yekunlaşdıracağıq. Buna baxmayaraq, ola bilsin ki, proses daha tez başa çatsın və təhvil verilsin”, - Nəcəfli bildirib.

 

AAYDA sözçüsünün dediyinə görə, birinci mərhələ bitəndən sonra ikinci mərhələyə start veriləcək: “İkinci mərhələnin başa çatması da ilin sonunda mümkün olacaq”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş