Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb

Xəbərlər

14.11.2020 - 13:50

Mirqafar Seyidov vəzifəsindən azad edilib

 

Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. AYNA xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

 

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

 

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

 

Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

 

O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş