Bakı Qlobal Forumu iştirakçıları Şuşaya səfər ediblər

Xəbərlər

07.11.2021 - 12:53

Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb

VIII Bakı Qlobal Forumunda iştirak edən bir qrup nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.

AYNA-nın APA-ya istinadən məlumatına görə, Bakının Heydər Əliyev Aeroportundan Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.

Səfər çərçivəsində qonaqlar Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcək, tarixi, mədəni və dini abidələrə baxış keçirəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

Müəllif: Ayna.az