Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılıb

Xəbərlər

29.10.2021 - 23:19

Türkiyə Cümhuriyyətinin yaranmasından 98 il ötür

Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) bu ölkənin bayrağı ilə işıqlandırılıb.

AYNA xəbər verir ki, şəhərin müxtəlif yerlərindən stadionun üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Olimpiya Stadionu tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.

Müəllif: Ayna.az