Bakı metrosu nə nə vaxt açılacaq – <font color=red> Metropolitendən cavab</font>

Cəmiyyət

30.04.2020 - 20:10

Bəxtiyar Məmmədov: “Yaxın günlərdə metrostansiyalar fəaliyyətini bərpa etsə belə, burada karantin tələblərinin qorunmasında sərnişinlərin məsuliyyəti əsas rol oynayacaq”

 

Xüsusi karantin müddətinin bitməsinə (əgər yenidən uzadılmazsa) günlər qalır. İndi Bakı əhalisini ən çox düşündürən suallardan biri metronun fəliyyətinin mayın 4-də bərpa olunub-olunmayacağıdır. Çünki ölkədə elan olunan karantin rejimindən dolayı bir aydır ki, Bakı Metro işləmir.

 

Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) karantinlə bağlı təlimatında metro kimi kütləvi sərnişindaşıma vasitəsinin bağlanması göstərilmir. Misal üçün, Avropanın bir çox ölkəsində fövqəladə vəziyyətlərdə belə, metrostansiyalar (ən azı bir neçə stansiya) fəaliyyət göstərir.

 

Hər halda bizdə metro bağlandıqdan sonra ictimai, yerüstü nəqliyyatda olan sıxlıqlar, gözlənilməyən sosial məsafələr gözdən qaçmır. Zamana, tezliyinə, rahatlığına görə heç bir ictimai nəqliyyatın yerini vermədiyi metromuz nə vaxt açılacaq?

Bəxtiyar Məmmədov: “Metronun “Nəriman Nərimanov” stansiyasında ...

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AYNA-ya açıqlamasında deyib ki, hələlik buna Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verə bilər: “Hazırda Metropolitendə infrastrukturun qorunması, tunel və avadanlıqların sağlamlığının təmin edilməsi, texnoloji proseslərin, texniki istismar qaydalarının tələblərinə müvafiq qaydada əməl edilməsi işləri müntəzəm aparılır. Həmçinin, işin qurulması və aparılmasında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə ən ciddi şəkildə əməl olunur”.

 

B.Məmmədov əlavə edib ki, yaxın günlərdə metrostansiyalar fəaliyyətini bərpa etsə belə, burada karantin tələblərinin qorunmasında sərnişinlərin məsuliyyəti əsas rol oynayacaq: “Ola bilsin ki, işə başlayan  metroda mümkün olan bir sıra xəbərdaredici əyani nümunələr də tətbiq edilsin. Sosial məsafənin qorunmasının təşkili metropolitendə digər yerlərdə olduğundan çox da fərqlənmir. Bir daha vurğulayıram, ictimai nəqliyyatda, o cümlədən metroda da sosial məsafənin qorunmasına riayət edilməsi, əsasən sərnişinlərdən asılı olan məsələdir”.

Müəllif: Raminə Eyvazqızı