Bakı-London aviareysi bu tarixdə açılacaq

Xəbərlər

03.06.2021 - 13:24

Uçuşlar həftədə bir dəfə "Airbus" təyyarələri ilə yerinə yetiriləcək

 

İyunun 11-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə başlayacaq. AYNA xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, uçuşlar həftədə bir dəfə – V günlər saat 10:00-da "Airbus" təyyarələri ilə yerinə yetiriləcək.

 

Xatırladaq ki, daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulurdu. Lakin London istiqamətində uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədar reysin açılması iyun ayına keçirilmişdi.

Müəllif: Ayna.az