18 mart tarixində bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 mart tarixində bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.
ADY-dən AYNA.AZ-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün Bakıdan və Ağstafadan səfər edə bilər.
Qeyd olunub ki, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.