General: “Ölənlər arasında həm xəstələr, həm də tibb işçiləri var”
Bağdadın cənub-şərqindəki İbn əl-Xətib xəstəxanasında baş verən güclü yanğın nəticəsində ən az 82 nəfər ölüb, 110 nəfər yaralanıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu məlumatları İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Xalid əl-Mixn açıqlayıb.
“Ölənlər arasında həm xəstələr, həm də tibb işçiləri var. Yaralıların bəzilərinin vəziyyəti hazırda ağırdır”, - general bildirib.
Xatırladaq ki, Bağdad xəstəxanasında yanğın şənbə günü axşam oksigen balonlarının saxlandığı otaqdakı partlayışdan sonra baş verib. Partlayış ağır ağciyər xəstəlikləri olan xəstələr üçün reanimasiya şöbəsindəki iki mərtəbəli xəstəxana binasının ikinci mərtəbəsində olubverib.
İraqın Baş naziri Mustafa əl-Kazimi faciənin hərtərəfli araşdırılmasını əmr edib və bütün ölkədə üç günlük matəm elan olunub.