AzTV-nin yayımı müvəqqəti dayandırılır

Xəbərlər

30.05.2021 - 15:49

Həkimlər Klinikalar SEO Xidməti

AzTV, Mədəniyyət TV və İdman TV kanalları bu gecədən sabah saat 16:00-dək yayımda olmayacaq

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibinə daxil olan AzTV, Mədəniyyət TV və İdman TV kanallarının yayımı müvəqqəti olaraq dayandırılacaq. AYNA xəbər verir ki, bu barədə AzTV-nin rəsmi “Facebook” səhifəsində bildirilib.

 

“Hörmətli tamaşaçılar! HD yayıma keçidlə əlaqədar AzTV, Mədəniyyət TV və İdman TV kanallarının yayımı "AzTV Xəbər" 31.05.2021-ci il tarixli saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq. Kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş