Azərbaycanlı sabiq deputat Gürcüstan DTX-ə çağırıldı

Xəbərlər

08.06.2020 - 14:02

cedabet dərman SEO Xidməti

Zümrüd Qurbanlı DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq

 

Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. AYNA “Report”a istinadən xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq.

 

Z.Qurbanlı bildirib ki, bəzi insanlar Kvemo Kartli bölgəsində qeyri-sabitlik yaratmağa cəhd edirlər: “Biz, Gürcüstan azərbaycanlıları kiməsə siyasi maraqlarını dövlətin maraqlarından üstün tutmağa imkan verə bilmərik”.

 

DTX-yə dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub.

 

Qeyd edək ki, DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb.

 

Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş