Azərbaycanlı iş adamı Türkiyədə faciəli şəkildə həlak olub

Hadisə

26.03.2021 - 16:29

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlərin səylərinə baxmayaraq Nihad Əliyevin həyatını xilas etmək mümkün olmayıb

 

Azərbaycanlı iş adamı Türkiyədə ölüb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında İstanbulun Beşiktaş səmtindəki lüks otellərdən birində baş verib. Hadisənin intihar olması, eyni zamanda ehtiyatsızlıqdan baş verdiyinə dair məlumatlar var.

 

Bəzi mənbələrin bildirdiyinə görə, 40 yaşlı iş adamı Nihad Əliyev tapançadan başına atəş açaraq intihar edib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticəsiz qalıb.

 

Digər mənbələr isə N. Əliyevin silahını təmizləyərkən ehtiyatsızlıqdan atəş açıldığı barədə məlumat yayıb.

 

Türkiyə polisi faktla bağlı araşdırma aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş