Prezident Bəhruz Əhmədova vəzifə verib
Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
AYNA.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin Hüquq fakültəsini bitirib.
B.Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunmuşdu.
2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb.
B.Əhmədov 2021-ci ilin yanvarında “Vətən uğrunda” medalı ilə təltif edilib.